Şirkət haqqında

"Avtomatika Sistemləri Şirkəti" MMC nəzarət-ölçü cihazları və avtomatika vasitələrinin, mühafizə-yanğın siqnalizasiya və yanğınsöndürmə, videomüşahidə, mini ATS sistemlərinin təchizatı,quraşdırılması,sazlanması və təmiri işlərini yüksək keyfiyyətlə yerinə yetirir. Eyni zamanda sanksiyasız müdaxilə, kənar obyektləri aşkaretmə, qarşısını alma, turniket sistemlərinin təchizatı, quraşdırılması, sazlanması və lokal kompüter şəbəkələrinin qurulması işlərini yerinə yetirir. "ASŞ" MMC həmçinin həmin sistemlərə servis xidmətlərini yerinə yetirir.


Bu işlərin texniki cəhətdən yerinə yetirilməsi hal-hazırda müəssisədə çalışan, uzun müddət Neft və Qaz sənayesində analoji işlərin yerinə yetirilməsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən həyata keçirilir.


  • 1. ARDNŞ-nin Sosial İnkişaf İdarəsi
  • 2. "Azneft" İstehsalat Birliyinin:
  • 2.1. "Neft Daşları" NQÇİ
  • 2.2 "28 May” NQÇİ
  • 2.3. "N.Nərimanov" adına NQÇİ
  • 2.4. "Abşeronneft" NQÇİ
  • 2.5. Qaz Anbarlarının İstismarı İdarəsi
  • 3. "Bahar Enerji" Əməliyyat Şirkəti
  • 4. "AzGerneft" Məhdud Məsuliyyətli Cəmiyyəti

"Avtomatika Sistemləri Şirkəti" MMC həmçinin geniş beynəlxalq əlaqələrə malikdir və bu əlaqələrindən obyektlərin müasir, yüksək etibarlığa malik, analoq, rəqəmsal xarakteristikalı NÖC və A vasitələri ilə təchiz olunmasında istifadə edir.