Texniki Xidmətlər

"Avtomatika Sistemləri Şirkəti" MMC-nin yerinə yetirdiyi işlərin siyahısı:



  • Nəzarət-ölçü cihazlarının, avtomatika vasitələrinin, nəzarət və idarəetmə, yanğından, partlayışdan, sanksiyasız müdaxilədən mühafizə-siqnalizasiya, videonəzarət, videoproyeksiya, səsləndirmə, binalara giriş-çıxış turniket, təxliyyə siqnalsistemlərinin quraşdırılması, sazlanması, təmiri və texniki xidməti.

  • Dərin dəniz özüllərində, estakada meydançalarında və quru mədənlərində quyuağzı avadanlıqlarda, xətlərdə, separatorlarda, texnolojiçənlərdə NÖC və A vasitələrinin quraşdırılması, istismara yararsız olan NÖC və A vasitələrinin, materialların müasir, paslanmayan materialdan hazırlanmış cihazlarla, materiallarla, ventillərlə və manifoldlarla əvəz olunması.

  • DDÖ-lərdə istismar olunan dozator nasoslarının çıxış xətlərində reagentin fasiləsiz paylanmasına imkan verən manifold sistemlərinin quraşdırılması.

  • DDÖ-lərdə texnoloji avadanlıqlarda, xətlərdə, cihazlarda üfürmə əməliyyatı prosesində ətraf mühitə, göyərtəyə yayılan məhsulların itkisinə yol verməmək və ekoloji təmizliyi təmin etmək məqsədilə üfürmə məhsullarının drenaj tutumuna nəqli sisteminin qurulması.

  • NÖC və A vasitələrinin təmiri.

  • DDÖ-lərdə istismar olunan Avtomatik Qazpaylayıcı Qurğularının, quyulardan hasil olunan neft və qaz məhsullarının Qrup Ölçü Qurğularının təmiri,uzun illər ərzində istismar nəticəsində yararsız hala düşmüş NÖC və a vasitələrinin və materialların yeniləri və müasirləri (paslanmayan materiallardan) ilə əvəz olunması.

  • DDÖ-lərdə alçaq və yüksək təzqiqli qaz-kondensat (maye) separatorlarında, nəql xətlərində texnoloji parametrlərə nəzarət cihazlarının quraşdırılıb, məlumatın dispetçer otağına çıxarılması.

  • DDÖ-lərdə hasilat quyularının quyuağzı parametrlərinə nəzarət məqsədilə təzyiq çeviricilərinin quraşdırılması və məlumatların operator otağında mərkəzi nəzarət kompyüterinə ötürülməsi.

  • Kompressor stansiyalarında müasir, rəqəmsal NÖC və Avtomatika vasitələrinin, nəzarət və idaretmə, yanğından və partlayışdan mühafizə-siqnalizasiya sistemlərinin quraşdırılması, sazlanması və təmiri.

  • Neftin yığılması, hazırlanması və nəqli məntəqələrində NÖC və Avtomatika vasitələrinin quraşdırılması və sazlanması.

  • Videoproyeksiya, binalara giriş-çıxış turniket sistemlərinin təchizatı.